Rusiya Dövlət Duması ilin sonuna kimi maliyyə bazarının və korporativ münasibətlərin xüsusi tənzimlənməsini müəyyən edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Eləcə də bax: İndiyə qədər Rusiyada fəaliyyətini dayandıran şirkətlərin - TAM SİYAHISI
FED.az xəbər verir ki, Rusiya hökuməti tərəfindən təqdim edilən sənəd ölkənin milli maraqlarını xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətlərindən qorumaq üçün nəzərdə tutulub.
Xarici səhmdarlar tərəfindən Rusiya şirkətlərinin fəaliyyətinin sabitliyinin pozulmasının qarşısını almaq üçün qanun layihəsi onların səhmdar cəmiyyətinin kapitalında iştirak həddini artırır ki, bu da şirkətin əməliyyatlarına və hərəkətlərinə məhkəmə yolu ilə etiraz etmək hüququ verir.
Qeyd edək ki, sənədə əsasən, Rusiya Mərkəzi Bankı maliyyə institutlarının açıqlaya bilməyəcəyi məlumatların siyahısını müəyyən etmək hüququna sahib olacaq. Bundan əlavə, qanun layihəsində Rusiya sığortaçılarının xarici sığorta şirkətləri və ya brokerlərlə müqavilə bağlaya bilməyəcəyi qeyd olunur. Hüquqi şəxslərə artıq bağlanmış müqavilələr üzrə ödənişlər etmək də qadağandır. Bu cür əməliyyatları həyata keçirmək üçün Rusiya Mərkəzi Bankı müstəsna hallarda xüsusi icazə verəcək. (Apa)