Rusiyada oktyabr ayının illlik inflyasiya göstəricisi 2,7% təşkil edib. Bu, sentyabr ayının analoji göstəricisindən 0,3 faiz bəndi azdır. Qeyd edək ki, analitiklər inflyasiyanın 2,8% olacağını ehtimal edirdilər.
Oktyabrda illik inflyasiya götəricisi Rusiya Bankının (Mərkəzi Bank) hədəflədiyi 4%-lik həddindən xeyli aşağıdır. Buna səbəb kimi, Rusiya Bankının dövriyyədə olan pul kütləsini azaltması, büdcə xərclərini kəsməsi və əhalinin real gəlirlərinin azalması amilləri göstərilir.
Qeyd edək ki, 2018-ci ilin büdcəsində də Rusiya hökuməti büdcə gəlirlərini xərclərdən daha çox artırıb. Belə ki, 2018-ci ildə büdcə gəlirləri 3,7% artacaq, xərclər isə 1% artım göstərəcək. Bu da onu deməyə imkan verir ki, 2018-ci ildə Rusiyada deflyasiya baş verə bilər. Bunun qarşısının alınması üçün Rusiyada dolların məzənnəsinin yüksəldilərək süni inflyasiya yaradılması proqnozlaşdırılır.