Rusiyanın Mərkəzi Bankı aprelin 18-dən ölkədəki banklara nağd xarici valyuta satmaq imkanını bərpa edib.
Eləcə də bax: Moody’s: Rusiyanın xarici borcunu rublla ödəməsi - DEFOLTDUR
FED.az xəbər verir ki, banklar aprelin 9-dan etibarən maliyyə təşkilatlarının kassalarına daxil olan nağd valyutanı sentyabrın 9-dək vətəndaşlara sata biləcəklər.
Bundan əlavə, martın 9-dək xarici valyutada hesab və ya əmanət açmış və hesablarından nağd valyuta almaq üçün müəyyən edilmiş limiti hələ seçməmiş vətəndaşlara aprelin 11-dən dollardan başqa, avroda da vəsait almağa icazə verilib. Eyni zamanda, vətəndaşların hesablarından xarici valyutanın çıxarılmasının ümumi limiti 10 min ABŞ dolları səviyyəsində qalıb. (Apa)