Azərbaycan Mərkəzi Bankı 18 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.9920 manat təşkil edir. 1 türk lirəsi 0.2015 manat, 1 rus rublu 0.0231, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5476 manatdır.