Maliyyə Bazarlarına Nəzarət palatasının İdarə Heyətinə yeni müşavir təyin olunub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Rəşad Ağayev bu vəzifəyə təyin olunub. R.Ağayev vəzifəsinin icrasına geridə qoyduğumuz yanvardan başlayıb.
Bundan öncə, Rəşad Ağayev “Rabitəbank” ASC-nin Kart Biznesi Departamentinin direktoru vəzifəsində çalışıb. O, “Rabitəbank” komandasına öncələr çalışdığı “Dəmirbank” ASC-dən gəlib. Belə ki, ötən il “Dəmirbank” bağlandıqdan 2 ay sonra, 2018-ci ilin fevral ayında qoşulub.
Xatırladaq ki, R.Ağayev “Kapital Bank”, “AFB Bank”, “Azərbaycan Sənaye Bankı” və bağlanmış “Bank of Azərbaycan” kimi yerlərdə müxtəlif vəzifələrdə çalışıb.
Eləcə də bax: “Amrahbank”da kadr dəyişikliyi