Azərbaycan Mərkəzi Bankı likvidliyin sterilizasiyası edilməsi ilə bağlı işlər görür.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, bizə vaxt lazımdır ki, likvidliyi sterilizasiya edək. Yüksək likvidlik şəraitində bizim faizlər işləmir. Bunun səbəbi isə hesablarda kifayət qədər yüksək vəsaitlərin olmasıdır. Azərbaycan Mərkəzi Bankı isə çalışır ki, pulun həcmi planlanmış dəhlizdə olsun. Hazırda isə bazarda kifayət qədər likvidlik var.
Bundan əlavə sədr çıxışında bildirib ki, əsas siyasət uçot faiz dərəcəsi ilə həyata keçir. Məqsəd isə uçot faiz dərəcəsi ilə banklarası faizlərə və uzunmüddətli kredit və depozit faizlərinə təsir etməkdir.