27.11.2023-30.01.2024-cü il tarixinədək "Kapitalbank" ASC tərəfindən ləğvetmə prosesində olan "Muğanbank" ASC-nin 4485 əmanətçisinə 113 milyon 604 min 651 manat kompensasiya ödənilib.
Bu bardə FED.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.
Eyni dövrdə, ABB tərəfindən ləğvetmə prosesində olan "Muğanbank" ASC-nin 2266 əmanətçisinə 77 milyon 719 min min manat kompensasiya ödənilib.
Hər iki agent bank tərəfindən ləğvetmə prosesində olan "Muğanbank" ASC-nin 6751 əmanətçisinə 191 milyon 324 min manat kompensasiya ödənilib.