Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi, makroiqtisadi sabitliklə bağlıdır. Sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini - SABİT SAXLADI
FED.az xəbər verir ki, bunu Milli Məclisin iyunun 23-də keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, Mərkəzi Bank makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa onu da edəcək. Hazırkı tələb sabit məzənnə rejimidir. (Azərtac)