"Goldman Sachs Group" transmilli investisiya bankı ABŞ iqtisadiyyatının builki artımı üzrə proqnozunu azaldıb.
FED.az xəbər verir ki, proqnozun pisləşdirilməsi artan neft qiymətləri və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda digər xam malların bahalaşması səbəbindən reallaşıb. Bank bundan əvvəl ABŞ-da ÜDM-in 2022-ci ildə 3,1% səviyyəsində böyüyəcəyini gözləyirdi, hazırda isə proqnoz 2,9%-ə qədər azaldılıb.
"Goldman"ın analitikləri əsas metalların çatışmazlığı ABŞ-da istehsalı məhdudlaşdırarsa, gələn il ölkənin resessiyaya daxil olma ehtimalının 20-35% səviyyəsində olacağını düşünürlər. (Apa)