"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDRs) "B"dən "C"yə endirib.
Eləcə də bax: Rusiyanın reytinqi «zibil»dən də aşağı salındı – «BORCLARINI ÖDƏMƏYƏCƏK» - DETALLAR
FED.az xəbər verir ki, "C" reytinqi "Fitch"in Rusiyanın "suveren defoltunun qaçılmazlığı haqqında" fikrini əks etdirir.
Bildirilir ki, ölkədə baş verən hadisələr Rusiyanın dövlət borcunu ödəmək istəyini daha da zəiflədib.
Təşkilat hesab edir ki, Qərb sanksiyalarının sərtləşdirilməsi və ABŞ və Britaniyanın enerji idxalına embarqo qoyması Rusiyanın suveren borc öhdəliklərini seçmə qaydada ödəməməsi ehtimalını artırır.
"Fitch"in bu günlərdə yaydığı məlumatda da bildirilirdi ki, Rusiyaya qarşı potensial sərt sanksiyaların tətbiqi həm suveren, həm də bank reytinqlərinə mənfi təsir göstərə bilər. "Fitch"in əsas ssenarisinə görə, Rusiyaya qarşı yeni sanksiyalar mənfi reytinq hərəkətini təmin edəcək qədər şiddətli olmayacaq, lakin son həftələrdə mənfi ssenari riski daha ciddiləşib.
Rusiyanın "BBB/Stabil" xarici və yerli valyutada emitentin cari uzunmüddətli defolt reytinqləri (IDRs) sanksiyalar, eləcə də ÜDM-in artımına, ölkənin maliyyə çevikliyinə və struktur islahatları perspektivlərinə təsir göstərə biləcək əlavə sanksiyalar perspektivi ilə məhdudlaşır. (Apa)