Azərbaycanda yerli icra qurumlarının mükafatlandırılması sistemi kifayət qədər yaxşı nəticə verməkdədir.
Əməkhaqqı və pensiya artımı üçün büdcədə 1 milyard 370 milyon manat əlavə vəsait nəzərdə tutulub
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.
"Bu sistemlə bu il təxminən 87 milyon manat vəsait mükafat formasında yerli icra hakimiyyəti orqanlarına verilib, gələn il isə bu rəqəmin 100 milyon manat olacağını gözləyirik. Həmin pulu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yığıb, bir hissəsini yerli icra qurumlarına verib. Daha çox məbləğlər böyük şəhərlərdə formalaşır. Bəzi rayonlarda bu, alınmır. Yerli icra hakimiyyəti orqanlarının gəlirləri 795 milyon manat, xərcləri isə 800 milyon manatdır. Onlar büdcələrinin 12-13 %-ni mükafat formasında qazana bilərlər", - deyə o qeyd edib. (Report)