2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1.1 faiz, baza inflyasiya isə 0.8 faiz təşkil edib.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, illik ərzaq inflyasiyası 0.2 faiz, qeyri-ərzaq inflyasiyası 1 faiz, xidmətlər inflyasiyası isə 2.4 faiz olub. Orta çəkili inflyasiya 15,8% ticarət tərəfdaşlarımızda olub. Dünya əmtəə qiymətlərinin indeksi illik əsasda 7, 8% artmışdır. Ərzaq qiymətləri illik əsasda 2,1% azalıb. Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə 2024-cü ildə inflyasiya 5,4% 2025-ci il də isə 5,5% olacağı gözlənilir.
"İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır".- deyə sədr vurğulayıb.