Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərikard" MMC prosessinq mərkəzinin lisenziyasını məhdudlaşdırıb.
“Delta Capital” limitdən artıq dollar satıb, şəxsiyyət vəsiqəsi istəməyib – LİSENZİYASI DAYANDIRILDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
AMB xatırladıb ki, indiyədək "Azərikard" MMC-nin 2 lisenziyası vardı, belə ki, Mərkəzi Bank tərəfindən 12 sentyabr 2024-cü ildə şirkətə "ödəniş sisteminin operatoru" fəaliyyətinin göstərilməsi üzrə ÖSO-001 nömrəli, "ödəniş əməliyyatının ekvarinqi" və "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" fəaliyyətinin göstərilməsi üzrə isə EPT-011 nömrəli lisenziyalar verilmişdi.
Sonradan "Azərikard" MMC AMB-yə müraciət edərək “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidmətinin ləşvini istəyib. Təşkilatın müraciətinə əsasən AMB-nin 8 oktyabr 2025-ci il tarixli qərarı ilə onun lisenziyasında "elektron pul emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası" üzrə ödəniş xidməti ləğv edilib.
Nəticədə indi "Azərikard" MMC fəaliyyətini elektron pul təşkilatı kimi deyil, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru olaraq davam etdirəcək.












