"Faiz dərəcələrinin artması səhmləri, istiqrazları, daşınmaz əmlakı və ABŞ dollarını ucuzlaşdıracaq".
FED 2023-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozunu pisləşdirib
FED.az xəbər verir ki, bunu amerikalı maliyyə şərhçisi və investor Robert Kiyosaki bildirib.
Martın 22-də ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faizlərini 0,25 faiz bəndi artıraraq 4,75% - 5%-ə qədər artırıb. Bu, 2006-cı ildən bəri ən yüksək səviyyədir.
"FED sədri Pauel hər şeyi məhv etdi. Artan faiz dərəcələri səhmləri, istiqrazları, daşınmaz əmlakı və ABŞ dollarını çökdürəcək. Sonra nə olacaq? Sonrakı çöküş, kapitallaşması bir katrilyon dollar olan törəmə alətlər bazarında (fyuçers, opsionlar və s. - red) baş verəcək. Bir katrilyon dollar min trilyon dollara bərabərdir. Allah dünyamıza rəhmət eləsin" - deyə o, Twitter- də yazıb.
Martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını (SVB) bağladılar. Bu, 2008-ci il böhranından sonra ABŞ-da maliyyə institutunun ən böyük iflası idi. Bundan əlavə, səlahiyyətlilər sistemli risklərə görə Nyu-Yorkda yerləşən nəhəng Signature Bank-ı bağladılar. Ardınca kripto yönümlü Silvergate bankının bağlandığı da məlum oldu. (Marja)