Qlobal maliyyə mesajlaşma xidməti olan Swift-in məlumatına görə, ABŞ dollarının beynəlxalq ödənişlərdə payı artıb.
Rusların 2024-cü ildə dolların neçə rubl olacağı barədə proqnozları - MƏLUM OLDU
FED.az xəbər verir ki, iyul ayında ABŞ dolları ilə aparılan əməliyyatların beynəlxalq ödənişlərdə xüsusi çəkisi 46 faizə yüksələrək rekord qırıb.
Əməliyyatların sayına görə ən çox əməliyyat aparılan valyuta ABŞ dolları, ondan sonra avro, funt, yen və yuan olub.
İyulda beynəlxalq ödənişlərdə ABŞ dolları və avronun istifadəsi arasındakı fərq 22 bəndədək artıb.
İyul ayında Çin yuanının ödənişlərdə xüsusi çəkisi 3 faizi keçib. 2010-cu ildə bu göstərici cəmi 0,03 faiz olub.
Swift dünya miqyasında banklar arasında maliyyə əməliyyatlarının və ödənişlərin icrası ilə bağlı xidmətlər göstərir. (Marja)