Amerika fond bazarında Dow Jones indeksi 0.82%-ə, 18 281.03 punktadək artıb, S&P 500 indeksi isə 0,43%-ə, 2 159.73 punktadək artmışdır. Nasdaq indeksi 0.50% artaraq 5 316.02 punkt olmuşdur.
Avropada britan FTSE 100 indeksi 0.58% düşərək 7 033.25 punkt təşkil etmişdir. Alman indeksi DAX isə 0.81% enərək 10 585.78 punkt olmuşdur. Fransız indeksi CAC 40 0.29% azalaraq 4 489.95 punkt təşkil etmişdir.
COMEX-in son keçirilən hərraclarında qızılın qiyməti 1.40 dollaradək ucuzlaşmış və bir unsiyası 1 267.20 dollar təşkil etmişdir, eləcə də gümüşün qiymətində də 0.06 dollar artım müşahidə edilmiş və bir gümüş unsiyasının dəyəri 17.76 dollar təşkil etmişdir.
APA-Ekonomiks©
Qızıl ucuzlaşıb
09:49
6 Okt 2016