Qazaxıstanın bəzi bankları sanksiyalara görə Rusiyanın “Mir” kartlarına xidmət göstərməkdən imtina edib.
Qırğızıstanda "Mir" ödəniş sisteminə aid kartlar deaktiv ediləcək
FED.az xəbər verir ki, Interfax agentliyi Qazaxıstan Milli Bankına müraciət edərək Rusiyanın “Mir” kartına xidmətlə bağlı münasibətini öyrənməyə çalışsa da, tənzimləyici sorğuya cavab verməyib.
Bir müddət öncə məlum olub ki, Qırğızıstanın Milli Ödəniş Sistemi də aprelin 5-dən “Mir” kartlarına xidmət göstərməyi dayandıracaq.
Xatırladaq ki, 2024-cü il fevralın 23-də ABŞ Rusiyanın “Mir” ödəniş sisteminə qarşı sanksiya tətbiq edib. (Azərtac)