Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi 2019-cu ilin dövlət büdcəsindən ehtiyat fondlarına 400 milyon manat ayrılması nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4 milyon manat və yaxud 1% azdır.
Azalma dövlət başçısının ehtiyat fondunun 4 milyon manat və yaxud 1,32% azaldılaraq 300 milyon manata endirilməsi ilə bağlıdır. Dövlət büdcəsinin ehtiyat fondu isə 100 milyon manat qalıb.
Eləcə də bax: 2019-un dövlət büdcəsi təsdiqləndi - TAM MƏTN