Noyabr ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 889.6 milyon manata çatıb.
Mərkəzi Bankın məlumatına görə, bu, Oktyabr ayının əvvəli ilə müqayisədə 32,5 milyon manat çoxdur. Oktyabrın 1-də ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 857.1 milyon manat idi. Beləliklə, Oktyabrda hər gün ödənməyən kreditlər 1 milyon manatdan çox artıb.
Ümumilikdə, bankların 12 milyard 152.2 milyon manat olan kreditlərinin 15,5%-nin ödəmə vaxtı keçib. Bu nisbət ötən ilin sonunda 9%, devalvasiyalardan əvvəl, 2015-ci ilin sonunda isə 976,3 milyon manat və ya 5,3% idi.
2017-ci ilin 10 ayı ərzində ödəmə vaxtı keçmiş kreditlər 417 milyon manat artıb. Ötən ilin sonunda problemli kreditlərin məbləği 1 milyard 472.6 milyon manat idi.