Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı təsdiq edib.
FED.az xəbər verir ki, AMB sədri Taleh Kazımov bu barədə qərar imzalayıb. Bu qayda ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, ödəniş alətlərinə dair tələbləri, elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələbləri, kiçik həcmli və eyniləşdirilməsi tələb olunmayan ödəniş alətlərinin meyarlarını, ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələbləri və məlumatların təqdim edilməsi qaydasını müəyyən edir.
Qərara əsasən, həmçinin, AMB-nin "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”nın təsdiq edilməsi barədə” 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli qərarının 1-ci hissəsi və "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 10 iyul tarixli 16/3 nömrəli qərarı ləğv edilib.