Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) noyabrın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən FED.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7002 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.
AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7003 səviyyəsində müəyyən edib.