Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında" Fərman imzalayıb.
FED.az xəbər verir ki, Fərman ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 milyard 73 milyon 255,5 min manat, xərcləri isə 12 milyard 900 milyon 232,5 min manat məbləğində təsdiq edilib.
Həmçinin “2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilib.
Daha ətraflı buradan tanış ola bilərsiniz.