2024-cü ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən əlavə alışlar və qızılın qiymət artımı nəticəsində porfelin xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 5,7% artaraq 17,7%-ə yüksəlmişdir.
Azərbaycan qızılı ən baha və ən ucuz qiymətə hansı ölkədən - İXRAC EDİR? - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Rəyində bildirilir.
Qeyd edilib ki, Fondun investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı ilin əvvəlinə 101,8 ton və ya 6 milyard 752,1 milyon ABŞ dolları təşkil etmişdir. Cari ilin 9 ayı ərzində əlavə olaraq 1 milyard 928,6 milyon ABŞ dolları dəyərində 25,2 ton qızıl alınmışdır. Əlavə alışlar və qızılın qiymət artımı nəticəsində, sentyabr ayına olan vəziyyətə görə qızılın ümumi miqdarı 127 ton və ya 10 milyard 844,9 milyon ABŞ dollarına yüksəlmişdir. İlin əvvəli ilə müqayisədə ümumi portfeldə qızılın xüsusi çəkisi 5,7% artaraq 17,7%-ə yüksəlmişdir.