Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin birinci yarısında (yanvar-iyun) 34,5 ton qızıl alıb.
FED.az bu barədə Fonda istinadən xəbər verir.
ARDNF 2024-cü ilin sonunda 146,6 ton qızıla malik idi. Bu həcm 30 iyun 2025-ci il tarixində 181,1 tona çatıb.
30 iyun 2025-ci il tarixində ARDNF-in 66 milyard 516 milyon ABŞ dolları portfelinin 19 milyard 133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edib. 2024-cü ilin sonunda Fondun ABŞ dolları portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil etmişdi.
ARDNF-nin qızıl alt portfeli 31 mart 2025-ci il tarixinə 165,3 ton təşkil etmişdi. Beləliklə, 2025-ci ilin 2-ci rübündə Fondun malik olduğu qızılın miqdarı 16,2 ton artıb.
Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilmişdir. ARDNF-nin İnvestisiya siyasətinə əsasən yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər.