Azərbaycan Dövlət Neft Fondu bu il qızıl ehtiyatlarını 23,4 ton artıraraq 170 tona çatdıracaq.
Azərbaycan 3 ölkədən qızıl almağa başlayıb
FED.az xəbər verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O bildirib ki, 2024-cü ildə Fond 44,8 ton qızıl alınıb və 41 tonu ölkəyə gətirilib. Ehtiyatların həcmi isə 146.6 tona çatdırılıb.
“Qızıl alışları davam etdirilir və bu ilin aprel-may aylarında alışların davam etdirilməsi və 170 tona, portfeldə payı isə 25%-ə çatdırılması planlaşdırılır”- Fərhad Zeynalov əlavə edib. (Report)