Neftin bir barelinin qiymətinin 2025-ci ilə 70 dollar, 2026-2028-ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır.
"Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılamaq üçün ehtiyat addımlarımız var"
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, proqnozlaşdırılan qiyməti də nəzərə almaqla, 2025-ci ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar olacağı nəzərdə tutulur. (Apa)