Qlobal məzənnə proqnozlarını yeniləyən "Morgan Stanley", 2025-ci ilin sonuna kimi USD/TRY (ABŞ Dolları/Türkiyə Lirəsi) məzənnəsinin 41-ə, 2026-cı ilin sonunda isə 44-əçatacağını proqnozlaşdırır. Hazırda USD/TRY məzənnəsi 38 lirə səviyyələrindədir.
S&P: İmamoğlunun həbsi Türkiyədə iqtisadi sabitliyə və lirəyə risk yarada bilər
FED.az xəbər verir ki, daha əvvəl 2025-ci ilin sonuna qədər Dollar indeksi üçün 101 səviyyəsini proqnozlaşdıran qurum, bu proqnozu 103-ə endirib.
Bank, 2025-ci ilin üçüncü və son rübü üçün avro/dollar məzənnəsilə ilə bağlı gözləntilərini də yeniləyib. Daha əvvəl üçüncü rüb üçün 1,09 qiymətləndirən Morgan Stanley, proqnozunu 1,08-ə endirib. Dördüncü rüb üçün 1.10 proqnozu 1.08-ə dəyişdirilib.
Bankın funt/dollar üçün ilin sonuna proqnozu da 1,34-dən 1,30-a endirilib.
"Morgan Stanley" tərəfindən FED-in dollarda qısa mövqeləri dəstəkləməsi ehtimalının aşağı olduğu bildirilib, keçən il 2025-ci il üçün 3 faiz endiriminin proqnozlaşdırıldığı, lakin cari qiymətləndirmədə bunun 1 faiz endirimi gözləntisi ilə əvəz olunduğu qeyd edilib.
Morgan Stanley USD/TRY-nin bu ilin sonuna kimi 41, 2026-cı ilin sonunda isə 44 səviyyəsində olacağını gözləyir.
Qurumun dollar/TL proqnozları aşağıdakı kimidir:
(Marja)