"Bugün tədiyyə balansının, dövlət büdcəsinin profisitdə olmalarını, həmçinin yüksək inflyasiyanı nəzərə alsaq Mərkəzi Bank sabit məzənnə rejiminin davam etməsinin tərəfdarıdır".
Elıcı də bax: AMB: dollar/manat məzənnəsinin sabitliyi qiymət artımlarını - NEYTRALLAŞDIRIR
FED.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Sədr əlavə edib ki, Dollar/Manat məzənnəsində "üzən məzənnə rejiminə" keçmək üçün infrastrukturda fundamental dəyişikliklər, pul və maliyyə siyasətlərində ciddi dəyişikliklər olmalıdır. (Marja)