2024-cü ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6% azalaraq 31 oktyabr 2024-cü il tarixində 11 milyard 371,7 milyon dollar təşkil edib.
Dollar tələb olunub, Mərkəzi Bank xüsusi satış həyata keçirib - Valyuta ehtiyatları azalıb
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
30 Sentyabr 2024-cü il tarixində Mərkəzi bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon dollara çatmışdı.
Ötən ilin sonu ilə müqayisədə (10 ayda) rəsmi valyuta ehtiyatları 241,3 milyon ABŞ dolları azalıb.
Rəsmi valyuta ehtiyatarı, milyon ABŞ dolları ilə.
31.10.2024 11371.7
30.09.2024 11795.8
30.08.2024 11783.5
31.07.2024 11765.7
28.06.2024 11737.6
31.05.2024 11713.7
30.04.2024 11660.8
29.03.2024 11654.4
29.02.2024 11650.3
31.01.2024 11637.0
30.12.2023 11613.0