Bankların bağlanmasına mən də həssas yanaşıram.
Taleh Kazımov: "Banklar nağdlaşdırmanın sərf etməməsi üçün komissiyanı artırır"
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
“Həcmindən aslı olmayaraq, banklar var ki, problemlidir, bütün maliyyə sektoruna xələl gətirir. Həm keçmiş bankir kimi, həm də Mərkəzi Bankın sədri kimi bankların, sığorta şirkətlərinin bağlanmasını istəməzdim. Böyük problemləri olan təşkilatlarda işlər görülməlidir, görülmürsə bağlanmaldır”, - deyə Taleh Kazımov əlavə edib. (Apa)