Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, 05.10.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında 150 milyon manatlıq depozit qəbulu təklifi qarşısında banklar 4 qat artıq sifariş veriblər. Sifarişlərin ümumi məbləği 637,5 mln. Manat təşkli edib.
Sifarişlərin həcmi o qədər çox olub ki, Mərkəzi Bank depozitləri əvvəl elan etdiyi ən ahşağı faizlə – illik 6,01%-lə qəbul edib.
Halbuki elana görə, depozitlər 6,01-6,49% arasında qəbul ediləcəkdi.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.
Depozit hərracında belə böyük tələbat bankların sərbəst vəsaitlərinin yerləşdirilməsi ilə bağlı ciddi çətinliklərni olduğunu göstərir.