«Bu problem uzun müddət idi qalmışdı və Mərkəzi Banka yeni gəldikdə və bu problemi gördükdə onu həll etməyi qərara aldıq».
Eləcə də bax: Taleh Kazımov Mərkəzi Bankın qərarının səbəblərini açıqlayır– YENİLƏNİR
FED.az xəbər verir ki bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Bankın valyuta mövqeyinin bağlanmasına dəstək üçün Mərkəzi Bankın atdığı addımı şərh edərkən bildirib.
Onun sözlərinə görə, iyul ayında qərar verildi və Mərkəzi Bank tərəfindən Azərbaycan Beynəlxalq Bankına valyuta mövqeyinin tənzimlənməsi məqsədi ilə 236 milyon dollar satılıb.
Razılaşmaya gönə ABB bu vəsaiti 2 ay ərzində geri qaytaracaqdı, amma vəsait bir aya qaytarıldı.
Taleh Kazımov xatırladıb ki, bu addımdan sonra Beynəlxalq Bankın kredit reytinqinə yenidən baxılıb və reytinq 2 pillə yüksəldilib: «Bununla əlaqədar olaraq ABB-nin komandasını da təbrik edirəm».
Xatırladaq ki, 2 gün əvvəl «Fitch» Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini B səviyyəsindən BB- səviyyəsinə qədər yüksəldib. Reytinq proqnozunu isə Stabil olaraq müəyyənləşdirib. Reytinqin iki pillə yüksəlməsində Bankın açıq valyuta mövqeyinin tam bağlanmasının böyük rolu olub.