Azərbaycan Mərkəzi Bankının iyul ayı proqnozlarına görə, Azərbaycanda 2023-cü ilin sonunda illik inflyasiyanın 6-7 faiz civarında olacağı gözlənilir.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Yenilənmiş proqnozlara görə, gələn il Azərbaycanda illik inflyasiyanın 5-6 faziə düşəcəyi gözlənilir", - Kazımov əlavə edib.
Qeyd edək ki, Azərbaycanda illik inflyasiya iyunda 10.6% təşkil edib.
Taleh Kazımov vildirib ki, iyunda 10,6% təşkil etmiş illik inflyasiyanın 5,5 faiz bəndi idxal olunan inflyaiya olub.
Əlavə edək ki, Mərkəzi Bankın inflyasiya hədəfi 2-6% civarındadır. (Marja)