Azərbaycan Mərkəzi Bankı (AMB) "Milliön" ödəniş terminallarının və M10 elektron pul qabının sahibi olan “PashaPay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.
Mərkəzi Bank tərəfindən “United Payment” MMC -yə Elektron Pul Təşkilatı üzrə - LİSENZİYA VERİLDİ
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.