“United Payment” MMC ölkədə Elektron Pul Təşkiları üzrə lisenizya alan ilk şirkətlərdən oldu.
FED.az xəbər verir ki, lisenziya Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanun”una əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq təqdim edilib.
Elektron Pul Təşkilatı lisenziyasını alqıqdan sonra, “United Payment” MMC ilk olaraq, Türkiyədə məhşur olan “TURAN” mobil tətbiqini ödəniş xidməti istifadəçilərinin xidmətinə təqdim edəcəkdir. Növbəti etaplarda, qardaş Türkiyənin uğurlu təcrübəsinə və Azərbaycan Respublikasnın Mərkəzi Bankının yönləndirməsinə uyğun olaraq, FaaS (fintech as a service) modeli ilə dayanıqlı və təhlükəsiz elektron pul (elektron cüzdan) xidmətlərinin digər təsərrüfat subyektlərinə də təqdim edilməsini planlaşdırır. Bununla da, prudensial çərçivələrdə idarə edilən, innovativ və təhülkəsiz maliyyə texnologiyaları həllərini digər korporativ müştərilərinə dayanıqlı şəkildə təqdim etməklə, Azərbaycanda yeni ödəniş alətlərinin genişlənməsinə və nəğdsiz hesablaşmaların inkişaf etdirilməsinə öz töhvəsini verəcəkdir.
Qeyd edək ki, “United Payment” 2020-ci ildən Azərbaycanda təsis edilməyə başlamış və 2021-ci ildən qeydiyyatdan keçərək Ödəniş aqreqatoru fəaliyyətinə və elektron kommersiya fəaliyyətlərinə başlamışdır. Bununla yanaşı, 2022-ci ilin yanvar ayından etibarən Türkiyədən Azərbaycana beynəlxalq ödənişlərin təchiz edilməsi xidmətini təqdim etməyə başlamış, daha sonra digər ölkələrdən də Azərbaycan istiqamətinə beynəlxalq ödənişlər xidmətini təmin etməyə davam etmişdir.
Tam ödənilmiş nizamnamə kapitalı 2 850 000 manat olmaqla ölkədə ən iri həcmli nizamnamə kapitalına sahib olan fintek təşkilatı kimi, ölkənin maliyyə inklyuzivliyinin artması, rəqəmsal ödəniş kanallarının genişlənməsi və nağdsız ödəniş vərdişlərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərməkdədir.
“United Payment” MMC-nin təqdim etdiyi xidmətlərin siyahısı:
- Özünüzün internet səhifənizdən və yaxud mobil tətbiqinizdən birbaşa sizə özəl hazırlanmış olan ödəniş səhifənizin açılması, digər ödənişlərin və kredit ödənişlərinin həmin səhifədən icra olunması;
- Bir API (üzərindən texniki integrasiya) bütün növ yerli və xarici bank kartları vasitəsilə ödənişlərin və kredit ödənişlərinin alınması;
- İstədiyiniz bank kartının hesabına və yaxud kartı olmayan müştərinizin mobil nömrəsinə Cash by Code (sms-lə kod) göndərmək vasitəsilə vəsaitin qaytarılması;
- Bütün Ödəniş Terminalları (Milli Ön, E-manat, Kassam, ExpressPay və Katech) və elektron cüzdanlar (E-pul, Portmanat və s.) vasitəsilə ödənişin və kredit ödənişlərinin alınması imkanı;
- Hər bir müştəri profilinizdə istənilən bank kartının yaddaşda saxlanılması imkanı (beləliklə müştəri növbəti ödənişi zamanı yeni kart məlumatlarını daxil etmir);
- Məbləğlərin tam və ya hissəli geri qaytarılması imkani (Refund və Partial refund);
- Təkrarlanan (abunəlik) ödəniş imkanları;
- Tam təhlükəsiz ödəniş platformasının fəaliyyətinin təminatı;
- Pay By Link xidməti vasitəsilə, istənilən kommunikasiya kanalı üzərindən, heç bir texniki inteqrasiya etmədən (SMS, Whatsap, Telegram, Sosial Media kanalları, Mail və s..) çox rahat ödəniş imkanı;
- QR Kodla ödəniş imkanı;
- Woocommerce plugin inteqraiysa imkanı;
- Preauthorisation metodu vasitəsilə ödəniş imkanı (müəyyyən məbləğin tutulması və daha sonra istifadə olunan məbləği çıxmaqla, qalan hissənin müştəriyə qaytarılması);
- İstəsəniz WEB vasitəsilə, istəsəniz Mobil Tətbiq vasitəsilə, sizə özəl yaradılmış müştəri profilindən hesabatlılıq və ödənişlərin idarə olunması imkanı;
- Maliyyə üzləşmələri və bütün hesabatının tərəfimizdən təmin edilməsi;
- Peşəkar komandamız tərəfindən 7/24 müştəri xidməti;
- Mobil POS xidməti (TapToPhone) xidməti https://youtu.be/aNZEOdz4XDI (birbaşa əməliyyatların həlli zamanı artıq POS terminal daşımalarına ehtiyac qalmayacaq)