Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə 2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcəkdir ki, bu da öncəki proqnoza nəzərən 0.5 faiz bəndi yüksəkdir. Daha nikbin proqnoz peyvəndləmənin gözlənilən nəticələri və ölkələr tərəfindən əlavə antiböhran tədbirləri ilə izah edilir.
Eləcə də bax: "Kredit aktivliyinin bərpası davam edir"
FED.az xəbər verir ki, bu, "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı məlumatında deyilir.
Məlumatda qeyd edilib ki, qlobal iqtisadi aktivliyin OPEC++ razılaşması şəraitində bərpası neft bazarında tələbi dəstəkləyir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 62 ABŞ dollarını üstələmişdir. Beynəlxalq təşkilatların yenilənmiş proqnozlarına görə ilin qalan dövründə neft qiymətləri cari səviyyəyə yaxın olacaqdır.
Son meyillərin davam etməsi halında 2021-ci ilin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır. (Marja)