"Barclays" bankın analitikləri yay aylarında türk lirəsinin müəyyən dəyər itirməsinə icazə verilə biləcəyini proqnozlaşdırıblar.
FED.az xəbər verir ki, bir müddətdir stabil olan Dollar/TL Məzənnədə mülayim yüksəliş sürəti müşahidə olunsa da, xarici qurumlar TL-də idarə olunan ucuzlaşmanın ola biləcəyinə diqqət çəkir.
"Barclays" analitikləri Türkiyədə iqtisadi idarəetmənin yay dövründə türk lirəsinin ucuzlaşmasına imkan verə biləcəyini proqnozlaşdırıblar. Təhlildə 2024-cü il ərzində Türkiyədə siyasət faizinin sabit qalacağı gözləntiləri də paylaşılıb.
Barclays Türkiyə ilə bağlı əvvəlki təhlilində türk banklarının istiqrazları ilə bağlı tövsiyəsini artırdığını bildirmişdi.
Analizdə Barclays, "Türk bank istiqrazlarını Körfəz bölgəsi də daxil olmaqla, EEMEA-dakı digər bank istiqraz bazarları ilə müqayisədə cazibədar görürük" deyərək, Türk banklarının yüksək gəlirinə diqqət çəkərək, "Akbank" və "Yapı Kredi" istiqrazlarının alınmasını tövsiyə edib.