Meksika Mərkəzi Bankı kimi tanınan Banxico, proqnozlara uyğun olaraq siyasət faizini 75 əsas bənd artıraraq 9,25 faizə çatdırdı. Faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilib.
FED.az xəbər verir ki, Şura ardıcıl üçüncü dəfə faiz dərəcələrini 75 baza bəndi artırıb. Beləliklə, bank 2021-ci ilin iyun ayından etibarən faiz dərəcələrini 525 baza bəndi artırıb.
Banxico-nun monetar sərtləşdirməsinə baxmayaraq, Meksikada inflyasiya son onilliklərin ən yüksək səviyyəsinə yüksəldi. Latın Amerikasının ikinci ən böyük iqtisadiyyatında illik inflyasiya sentyabrın ilk yarısında 8,76 faizə çatıb.