Bu il oktyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq 8199,1 milyon manat təşkil edib.
ELƏCƏ DƏ BAX: Bankların hansı problemləri var? – RƏSMİ
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,8 faiz artıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 1nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7022,2 milyon manat təşkil edib. Əmanətlərin 71,8 faizi xarici, 28,2 faizi isə milli valyutada qoyulub.
Manata inam artır – REAL MƏNZƏRƏ
21:19
20 Noy 2018