Bu il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 302,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.aza verilən məlumata görə, bu, keçən ilin anoloji dövrü ilə müqayisədə 1,1 faiz azdır.
ELƏCƏ DƏ BAX: Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək – MƏBLƏĞ
Bu ilin 10 ayı ərzində kredit qoyuluşu 2017-ci illə müqayisədə 1,1 faiz az olsa da, kredit portfelinin sürətlə azalması tendensiyasının aradan qalxması müsbət məqam kimi diqqət çəkir. Çünki 2017-ci il oktyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə böyük həcmdə - 25,9 faiz azalaraq milli valyuta ekvivalentində 12437,2 milyon manat təşkil etmişdi.
Digər müsbət məqam ödəmə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisində azalmağa başlaması ilə bağlıdır. Oktyabrın 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1748,7 milyon manat olub və ümumi kredit portfelinin 14,2 faizini təşkil edib. Bu, keçən ilin anoloji dövrü ilə müqayisədə 5,8 faiz azdır. Müqayisə aparsaq, 2017-ci il oktyabrın 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 1857,1 milyon manata çatmış və ümumi kredit portfelinin 14,9 faizini təşkil etmişdi.
Bankların hansı problemləri var? – RƏSMİ
20:01
20 Noy 2018