Mərkəzi Bank ilin 9 ayı üzrə tədiyə balansının nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, neft və təbii qazın yüksək dünya bazar qiymətləri hesabına cari hesablar balansının müsbət saldosu ötən ilə nisbətən 5 dəfəyə yaxın artaraq 5,1 mlrd. dollar təşkil edib.
Xidmətlər balansı həmişə olduğu kimi kəsrdə qalıb, amma ötən ilə nisəbətən defisitin həcmi 2 dəfə azalaraqa 1,3 mlrd. dollar təşkil edib (ötən il təxminən 2,6 mlrd. dollar).
Xidmətlərin idxalı 800 mln. dollara yaxın azalıb, xidmət ixracı 500 mln. dollara yaxın artıb.
İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, əksəriyyət üçün maraqlı olan turizm sahəsində xidmətlərin ixracı 150 mln. dollara yaxın artsa da, turizm xidmətlərinin idxalı da 120 mln. dollar genişlənib: «Yəni əcnəbilərdən turst kimi qazandığımız əlavə vəsaitləri elə öz vətəndaşlarımız da turist kimi xaricdə xərcləyib».
ELƏCƏ DƏ BAX: Maliyyə sanksiyaları tətbiq olunan halların sayı artırılacaq - VERGİ YOXLAMASI
Xidmət idxalında azalma əsasən neft sektoru ilə bağlı olub - bu il neft-qaz fəaliyyətilə bağlı tikinti xidmətlərinin idxalı 1,032 mlrd. dollar olub (ötən il 1.9 mlrd. dollardan bir qədər artıq).
Xarici neft-qaz şirkətləri mənfəət formasında ölkədən 1,8 mlrd. dollar çıxarıb (ötən il 1,2 mlrd. dollar). Xarici kreditlərdən istifadəyə görə 290 mln. dollar (ötən il 332 mln. dollar), borc qiymətli kağızlarına görə əcnəbilərə 358 mln. dollar faiz (ötən il 278 mln. dollar) ödənib.
Xaricdən ölkə vətəndaşlarına göndərilərn pul baratlarının həcmi 801 mln. dollar olub (ötən il 726 mln. dollar).
Maliyyə hesabında 2.463 mlrd. dollar defisit yaranıb (ötən il 290 mln. dollar profisit olmuşdu).
Bu bölmə üzrə böyük məbləğdə defisitin yaranmasının əsas səbəblərindən biri ölkəyə birbaşa investisiyaların kəskin azalmasıdır: ötən il 4.5 mlrd. dollar birbaşa sərmayə gəlmişdisə, bu il 2.9 mlrd. dollara enib.
ELƏCƏ DƏ BAX: Özəldə işləyənlər dövlətdə işləyənlərdən 60% çox maaş alır
Digər səbəb xarici neft-qaz şirkətlərinin ölkədən çıxardıqları investisiyaların çoxalmasıdır: ötən il investisiya repatriasiyası 2.1 mlrd. dollar, bu il isə 2.4 mlrd. dollar təşkil edib.
Bir maraqlı fakt odur ki, 9 ay ərzində ölkədən xarici kredit borclarına görə ödənən vəsaitlərin həcmi ölkəyə həmin dövr ərzində xaricdən cəlb olunan kreditlərin həcmindən 445 mln. dollar çox olub.
Tədiyə balansının ümumi saldosu 3.664 mlrd. dollar olub (ötən il 2.207 mlrd. dollar).
9 ay ərzində xarici neft-qaz şirkətləri Azərbaycan hökumətinə 450 mln. dollar bonus ödənişi edib.
Tədiyə balansının, xüsusilə də onun əsas hissəsi olan cari hesabalar balansının müsbətdə olması ölkəyə daxil olan dollar həcminin ölkədən çıcanaa nisbətən daha böyük olduğunu göstərir. Bu isə milli valyuta olan manata təzyiqin azalmasına və devalvasiya riskinin enməsinə şərait yaradır.