Oktyabrın 22-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106020750 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96.1932 AZN (10.0000 faiz) və 101.0400 AZN (8.1025 faiz) olan 14 sifariş təqdim edilib.
Eləcə də bax:Maliyyə Nazirliyi Azərbaycanda böhranla üzləşən - BANKLARA DƏSTƏK VERƏCƏK
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0000 AZN (8.5000 faiz), orta ölçülmüş qiyməti 100.1953 AZN (8.4249 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 milyon 775 min 200 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil edib. İstiqrazlar 2022-ci il oktyabrın 18-də ödəniləcək.
trend.az