Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 mln. manat həcmində, 728 gün tədavül müddəti olan dövlət ortamüddətli istiqrazlarının (DOİ, AZ0105003641) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan FED.az-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95,6262 (14,6000%)-105,3380 manat (9,0233%) olan 20 sifariş təqdim edilib.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,0000 manat (12,0000%), ortaölçülmüş qiymət isə 100,6401 manat (11,6321%) səviyyəsində müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 876,2 min manat, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 19 noyabr 2019-ci ildir. Hərrac iştirakçıları 22 noyabr 2017-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidir.