Ötən gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 91 gün tədavül müddətli, 22 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,332,000.00 manat təşkil edib.
Sifarişlər 95.6600 manat (18.4500%) və 97.1450 manat (11.9515%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95.6600 AZN (18.4500%) orta ölçülmüş qiyməti 96.4569 AZN (14.9378%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.10.2016 (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,332,000.00 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 03.01.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.
Trend©