Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.
Eləcə də bax: Maliyyə Nazirliyi bu il ilk dəfə “İlkin büdcə bəyanatı” yayıb
Həmçinin “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.