Prezident İlham Əliyev Maliyyə Nazirliyi haqqında Əsasnaməni dəyişib. FED.az xəbər verir ki, prezidentin imzaladığı fərmana əsasən nazirlik haqqında Əsasnamənin 8.14-cü yarımbəndində “qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində” sözləri “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri ilə əvəz edilib.
Xatırladaq ki, dəyişikliyə qədər 8.14-cü yarım bənd belə idi:
"8.14. dövlət büdcəsinin icrası prosesində, zərurət yarandıqda, qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində (dəyişən hissə işarələnib) təsdiq olunmuş büdcə ayırmaları həddində, funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri arasında dəyişikliklər etmək".
Başqa sözlə, nazirlik büdcənin təsnifatlarındakı bölmələri, paraqraf, maddə və yarımmaddələrinə yalnız dövlət başçısının razılığından sonra dəyişiklik edə biləcək.
Bu fərman büdcə intizamının möhkəmləndirilməsi məqsədi daşıyır.
Maliyyə Nazirliyi haqqında Əsasnamə dəyişdirildi - FƏRMAN
18:48
29 Mart 2018