Avqustun 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Birjadan FED.az-a bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Azərbaycan dövləti 7 ayda istiqrazlar ilə 1,2 milyard manata yaxın - Borc Alıb
Budəfəki istiqrazlar 3 illik (1092 gün) müddətə buraxılıb. Nazirlik bu kağızları illik 6,5%-lə yerləşdirmək niyyətindidr, istiqrazlar üzrə faiz ödənişləri isə ildə iki dəfə - fevral və avqust aylarında ödəniləcək.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0106026880 |
Emissiya həcmi |
10 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
1092 gün |
Faiz ödənişləri (olduqda) |
15 fevral 2022-ci il, 16 avqust 2022-ci il 14 fevral 2023-cü il, 15 avqust 2023-cü il 13 fevral 2024- cü il,13 avqust 2024-cü il |
Faiz gəliri |
6.5 % |
Ödəmə tarixi |
13.08.2024 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |