Dövlət büdcəsinin böyük hissəsinin dekabr ayında xərclənməsinin obyektiv və subyektiv səbəbləri var.
FED.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, ən böyük obyektiv amil dövlət orqanlarının dekabrda işçilərə mükafatların verməsidir: “Nəzərə alsaq ki, büdcədə əməyin ödənişi 12 milyard manatdır. İkinci bir tərəfdən, satınalmaların bir hissəsi dekabrda yerinə yetirilir”.