Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları çərçivəsində Lüksemburq Moskvanın aktivlərini dondurub.
Eləcə də bax: S&P: Rusiya iqtisadiyyatı son 30 ilin ən kəskin tənəzzülünü - YAŞAYACAQ
FED.az xəbər verir ki, bu barədə Lüksemburqun Maliyyə Nazirliyinin tviter hesabında bildirilib.
Maliyyə naziri Yuriko Bakes Aİ-nin Rusiyaya qarşı sanksiyalarının icra vəziyyəti ilə bağlı parlamenti məlumatlandırıb. Parlament aktivlərin dondurulması barədə qərar qəbul edib.
Aktivlərin məbləği 2,5 milyard avrodur. (Report)