“Maliyyə icarəsi haqqında” qanunda icarəyə verənlərin kredit tarixçəsi məlumatlarını kredit bürosuna verməsi tələbi təsbit edilib.
Mərkəzi Bank lizinq fəaliyyətini nəzarətə götürür - Yeni qanun bu sahədə nəyi dəyişəcək? – AMB-nin Baş direktoru ilə - MÜSAHİBƏ
Bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Tural Feyzullayev deyib.
Onun sözlərinə görə, bu, həm informasiya asimmetriyasını aradan qaldırır, həm də icarəçinin borc yükünün düzgün müəyyənləşdirilməsinə xidmət edir.
“Lizinq” və ya “maliyyə icarəsi” adından istifadənin tənzimlənməsi isə icarəçilərin qorunmasına yönəlib. Yalnız rəsmi reyestrdə olanlar bu adlardan istifadə edə biləcək. Hazırda fəaliyyətdə olan lizinq şirkətlərinə qanun qüvvəyə mindikdən sonra 9 ay keçid müddəti veriləcəkdir. Bu müddətdə uyğunlaşma təmin edilməzsə, həmin şəxslər yeni müqavilələr bağlaya bilməyəcək və adlarından müvafiq sözləri çıxarmalı olacaqlar. Əksinə davrananlar qanunvericiliyə uyğun məsuliyyət daşıyacaqlar”, - deyə Baş direktor bildirib.













